Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən 1400 zəvvarın daha bir qrupu bu gün Vətənə qayıdıb.
Qafqaz Müsəlmanlar İdarəsindən (QMİ) Modern.az-a bildirilib ki, Mədinə-Bakı marşrutu ilə hərəkət edən xüsusi təyyarə reysi 180 zəvvarı Azərbaycana gətirib. Onları Heydər Əliyev adına Hava Limanında yaxınları qarşılayıb.
Məlumata görə, hacıların sonuncu qrupunun iyulun 11-də Bakıya qayıtması planlaşdırılır.
Qeyd olunub ki, zəvvarların sağlıq durumunda heç bir problem yoxdur.