Modern.az

Şabranda ağır yol qəzası - YENİLƏNİB

Şabranda ağır yol qəzası - YENİLƏNİB

9 İyul 2023, 12:10

Şabranda avtomobil qəzası nəticəsində dünyasını dəyişən üç şəxsin kimliyi məlum olub.

 

Modern.az xəbər verir ki, Bakı-Quba avtomobil yolunun Şabran rayonundan keçən hissəsində “Mercedes-Vito” markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 2006-cı il təvəllüdlü Səlimov İsbat Sadiq oğlu, 1979-cu il təvvəlüdlü Həsənov Məhərrəm Tofiq oğlu və 1966-cı il təvəllüdlü Əliyev İlham Dağbəy oğlu ölüb.

 

Onların Bakıdan Nabrana istirahətə getdikləri bildirilir. Qəza zamanı daha iki nəfər yaralanıb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, zəruri istintaq tədbirləri görülür.

 

***

11:45

 

Şabran rayonunda ağır yol qəzasında 3 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonundan keçən hissəsində qeydə alınıb.

 

Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Səfərov Əli Sərvan oğlu və 1980-ci il təvəllüdlü Talışınski Kamil Davud oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

 

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Qəza zamanı ölmüş daha 3 nəfərin kimliyi müəyyənləşdirilir. Onların meyitləri müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi