Modern.az

Deputatdan məmurlara İTTİHAM: “Sənin uşağın bu dövlətin çörəyi ilə böyüyürsə, niyə Azərbaycan dilini bilmir!?”

Deputatdan məmurlara İTTİHAM: “Sənin uşağın bu dövlətin çörəyi ilə böyüyürsə, niyə Azərbaycan dilini bilmir!?”

Parlament

24 İyul 2013, 15:24

“Bəzi məmurların övladları Azərbaycan dilində danışa bilmir”. Modern.az-ın məlumatına görə bunu VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan Dil Qurumunun saytının təqdimatında deyib. Millət vəkili bildirib ki, həmin insanlar onun gözündən düşür.

“Qəribədir! Bunu neçə dəfə demək olar?! O adamların heç biri dövlət işində işləyə bilməz. Dilimizi bəyənmirsən, niyə burda yaşayırsan? Dövlətin idarəsində niyə çalışırsan? Sənin uşağın dövlətin pulu, çörəyi ilə böyüyür amma bu dili bilmir”-deyə S.Rüstəmxanlı məmurlara xitabən deyib.

Namidə Bingöl

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...