Modern.az

Polşadan Ukraynaya növbəti helikopter dəstəyi

Polşadan Ukraynaya növbəti helikopter dəstəyi

Dünya

9 İyul 2023, 18:52

Polşa onlarla "Mi-24" döyüş helikopterini Ukraynaya göndərib.

 

Modern.az "Wall Street Journal"a istinadən xəbər verir ki, Ukraynanın sadiq müttəfiqi olan Polşa bu yaxınlarda Kiyevə sovet istehsalı olan onlarla Mi-24 döyüş helikopteri göndərib.

 

Polşa Rusiya ilə müharibədə Ukraynaya ən çox dəstək verən ölkələrdən biridir. Varşava Kiyevə hərbi yardım göstərir, həmçinin Ukraynanın NATO-ya dəvətini dəstəkləyir.

 

O cümlədən, Polşa Ukrayna Hərbi Hava Qüvvələrinə "MiQ-29" təyyarələrini verib. Polşa, həmçinin ukraynalı pilotlara "F-16" qırıcılarını idarə etmək barədə təlim keçməyi planlaşdırır və artıq müvafiq cədvəl tərtib olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi