Modern.az

\"Neftçi\"nin qapıçısı əməliyyat olunacaq

\

9 İyul 2023, 17:37

"Matç TV Kuboku"nda Serbiyanın "Srvena Zvezda" komandası ilə oyunda zədələnmiş "Neftçi"nin qapıçısı Emil Balayevin durumuna aydınlıq gəlib.

 

"Modern.az"ın məlumatına görə, bu barədə "ağ-qaralar"ın həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlama verib.

 

O, oyunçunun müayinədən keçdiyini bildirib: "Emil Balayev axil vətərinin total cırılması diaqnozu ilə əməliyyat olunacaq. Qapıçı təqribən beş ay yaşıl meydanlardan kənarda qalacaq".

 

Qeyd edək ki, "Neftçi" iyunun 30-da Emil Balayevin transferini açıqlamışdı. Paytaxt təmsilçisi Serbiya komandasına 0:4 hesabı ilə uduzub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi