Modern.az

Anası ilə mübahisə edən keçmiş məhkum özünü YANDIRDI

Anası ilə mübahisə edən keçmiş məhkum özünü YANDIRDI

Hadisə

10 İyul 2023, 09:04

Sumqayıt şəhərində 1981-ci il təvəllüdlü Mahmudov Elşən Babagül oğulunun gecə saatlarında intihara cəhd etməsi ilə bağlı polisə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin 128, 180, 296-cı maddələri məhkum olunan şəxs ailə üzvləri ilə yaşadığı evdə anası ilə mübahisə etdikdən sonra polis bölməsinin inzibati binasının yanında üzərinə yandırıcı maddə tökərək özünü yandırıb.

 

O dərhal xəstəxanaya çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq səhər saatlarında xəstəxanda ölüb.

 

E.Mahmudovun polis orqanlarına hər hansı müraciəti olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu