Modern.az

Beynəlxalq təşkilatlarla seçkiyə dair razılaşma əldə olunub - MÖVQE

Beynəlxalq təşkilatlarla seçkiyə dair razılaşma əldə olunub - MÖVQE

Təhsil

24 İyul 2013, 17:18



“ABŞ, Avropa əslində əvvəllər Azərbaycanda status-kvonun dəyişilməsini tələb edirdi. Ancaq  mövcud vəziyyətin dəyişilməsi Azərbaycan iqtidarı üçün böyük risk idi”. Bunu Modern.az saytına açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu ATƏT Parlament Assambleyasının Azərbaycanda keçiriləcək seçkilərə müşahidəçi göndərmək istəməməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə Azərbaycan hakimiyyəti indi  status-kvonun dəyişilməsinə razılıq verib.

“Bunun müqabilində seçkilərin daha rahat şəkildə həyata keçirilməsinə də beynəlxalq təşkilatlar razılıq verib”-deyə S. Cəlaloğlu vurğulayıb.

  Xatırladaq ki, ATƏT Parlament Assambleyasının komitə sədrinin müavini və büro üzvü Azay Quliyev bildirib ki, təmsil olunduğu qurum Azərbaycana 2013-cü ildə keçiriləcək seçkilərə görə  müşahidəçi göndərməyəcək.  

Aqşin Kərimov
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım