Azərbaycan prezidenti Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabeti təbrik edib. Təbrikdə deyilir: "Dövlət başçısı Kembric Hersoq və Hersoginyasının ailəsində nəticənizin dünyaya gəlişi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu xoş dəqiqələrdə sevincinizə qoşulur, Sizə, yeni doğulmuş Kembric Şahzadəsinə, ailənizin bütün üzvlərinə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram".