Samux sakini yanıq xəsarətləri alıb.
Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qovlarsarı kəndində qeydə alınıb.
Kənd sakini 1952-ci il təvəllüdlü Faiq Bəşirov bədənin müxtəlif hissəsinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirib. Dərhal yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə F. Bəşirovun üzərinə yas mərasimində isti su ilə dolu samovar aşıb. Nəticədə o, yanıq xəsarətləri alıb.