Modern.az

Prezident 4 idmançının hər birinə 50 min manat mükafat ayırdı

Prezident 4 idmançının hər birinə 50 min manat mükafat ayırdı

Təhsil

24 İyul 2013, 18:57


Prezident İlham Əliyev Rusiyanın Kazan şəhərində keçirilən Tələbələrin XXVII Ümumdünya Yay Universiadasında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilib ki, Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən Tələbələrin XXVII Ümumdünya Yay Universiadasında yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

1.1. birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;
1.2. ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;
1.3. üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xatırladaq ki, sözügedən universiadada idmançılarımız 4 qızıl, 5 gümüş və 7 bürünc medal qazanıblar.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım