Modern.az

60 yaşlı qadın Moskva-İrəvan təyyarəsində keçindi

60 yaşlı qadın Moskva-İrəvan təyyarəsində keçindi

10 İyul 2023, 13:42

60 yaşlı qadın Moskva-İrəvan reysi ilə uçan təyyarədə ölüb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidmətindən verilən məlumatda bildirilib.

 

Belə ki, uçuş zamanı Amalia P. adlı 1963-cü il təvəllüdlü qadının halı qəfil pisləşib. Bir müddət sonra qadının bioloji ölümü yaşanıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu