Rusiya hərbçiləri Zaporojye vilayətinin Orexov şəhərində humanitar yardımların aparıldığı yeri bombalayıb.
Modern.az Ukrayna Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 13 nəfər yaralanıb.
“Rusiya Silahlı Qüvvələri cəbhə bölgəsində yerləşən Orexovoda müharibə cinayəti törədib. Yaşayış məntəqəsinə humanitar yardım göndərərkən idarə olunan aviabomba ilə zərbələr endiriblər. Hücum nəticəsində üç qadın və bir kişi hadisə yerində ölüb”, - rəsmi açıqlamada qeyd olunub.