Modern.az

Qənimət Zahidin həbsini istəyirlər

Qənimət Zahidin həbsini istəyirlər

Təhsil

24 İyul 2013, 22:56

/file/articles/2013/07/24/84596.jpg
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı iki yeni məhkəmə iddiası qaldırılıb. İddiaçılardan biri Zahidin cinayət məsuliyyətinə cəlb edilməsini, digəri isə 50 min manat təzminat ödəməsini tələb edir.

İlk iddia Qobustan həbsxanasında həbs cəzası çəkən Hüseynağa Babayev tərəfindən verilib.

İddiaya “Azadlıq”da 2011-ci il noyabrın 22-də dərc olunmuş “Buzovnada atışmada adam öldürüldü” və noyabrın 23-də dərc olunmuş “Buzovnadakı atışmanın şok təfərrüatları” sərlövləhli yazılar səbəb olub.

İddiaçı Zahidin Cinayət Məcəlləsinin 147.1, 147.2 (böhtan və ağır cinayət törədilməsi ilə bağlı böhtan) və 148-ci (təhqir) maddələrilə məsuliyyətə cəlb olunmasını xahiş edir. 

2011-ci il noyabrın 21-də Hikmət Babayevin qətlinə həsr edilmiş bu nəşrlərdə onun Hüseynağa Babayevin qardaşı və Əmirəli Babayevin oğlu olduğu qeyd edilirdi. Sonradan qəzet Hüseynağa Babayevin təkzibini dərc etdi.

İkinci iddiaçı Təhmasib Novruzovdur. O, hazırda həbsdə olan Bəhlul Muradovun AXCP lideri Əli Kərimliyə sui-qəsd və Novruzovun bu planda əlinin olması haqqında nəşri ilə əlaqədar iddia qaldırıb.

Redaksiyadan Turan-a verilən məlumata görə, “Azadlıq” iddiaçıların bu məqalədə adlarının çəkilməsi ilə bağlı fikrini dərc edib. Lakin iddiaçılar uzun müddət sonra qəzeti məhkəməyə veriblər.

Redaksiyada hesab edirlər ki, Qənimət Zahidin təqibinin əsl səbəbi onların xaricdən təşkil etdikləri “Azərbaycan saatı” televerilişidir. Elə həmin mənbənin məlumatına görə, hakimiyyət çoxdan bu layihəni pozmaq üçün addımlar atır. Onlardan biri Zahidə qarşı məhkəmə iddialarının qaldırılmasıdır.

Bundan əvvəl DİN və FHN rəhbərləri Q.Zahidin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında birgə iddia qaldırıb. Onlar qəzetin təkzib dərc etməsindən sonra iddialarını geri alıblar.

Baş redaktor özü artıq iki ildir ki, xaricdədir.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım