Vaxtın uzadılması namizədlər üçün böyük şansdır - Təhsil İnstitutu

Vaxtın uzadılması namizədlər üçün böyük şansdır - Təhsil İnstitutu

10 İyul 2023, 15:22

Bu il müəllimlərin işə qəbul imtahanının (MİQ) vaxtı 120 dəqiqədən 150 dəqiqəyə artırılıb.


Modern.az xəbər verir ki, bunu Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva söyləyib.


"İmtahan onun üçün lazımdır ki, müəllimlərin arasında ən yaxşısını seçək. İmtahan verəcək namizədlərə ən yaxşı imkan vaxtın uzadılmasıdır. Bu, namizədlərin biliklərini nümayiş etdirməsi üçün böyük şansdır. Onu da qeyd edim ki, imtahanların vaxtı uzadılıb. Əvvəllər imtahanların vaxtı 120 dəqiqə idisə, indi 150 dəqiqə olacaq",- deyə o bildirib.

 

Qeyd edək ki, iyulun 11-də 2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Hücum hazırlığı başladı: Rus hərbçilər Ermənistanda səngər qazır