Modern.az

Məşhur şirkət Ukraynada zavod açır

Məşhur şirkət Ukraynada zavod açır

Dünya

10 İyul 2023, 16:36

Almaniyanın “Rheinmetall” şirkəti yaxın 3 ay ərzində Ukraynanın qərbində zirehli maşınların istehsalı üzrə zavod açacaq.

 

Modern.az xəbər verir ki, bunu şirkətin baş direktoru Armin Papperger CNN-ə müsahibəsində deyib.

 

2023-cü ilin əvvəlində şirkət Ukraynada ildə 400-ə yaxın tank istehsal edə biləcək 200 milyon avro dəyərində döyüş tankı zavodu açmağa ümid etdiyini bildirib.

 

Papperger CNN telekanalına müsahibəsində həmçinin qeyd edib ki, zavod lisenziya əsasında "Fuchs" zirehli transportyorları istehsal edəcək və təmir edəcək. Eyni zamanda, “Rheinmetall” zavodu Ukraynanın dövlət müdafiə konserni “Ukroboronprom” ilə birgə işləyəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal