Modern.az

Pakistanda güclü yağış 80 nəfərin həyatına son qoydu 

Pakistanda güclü yağış 80 nəfərin həyatına son qoydu 

10 İyul 2023, 18:11

Pakistanda iyunun 25-dən bəri davam edən musson yağışları nəticəsində həyatını itirənlərin sayı 80-ə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Milli Fəlakət İdarəetmə Agentliyi (NDMA) məlumat yayıb.

 

Məlumata görə, Pəncab, Sind və Bəlucistan əyalətlərində son 24 saat ərzində güclü yağışlar nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

 

Yaralananların ümumi sayı isə 142-yə yüksəlib.

 

Qeyd edək ki, hər il iyun-sentyabr aylarında yağan musson yağışları Pakistana böyük ziyan vurur. Ötən il musson yağışların səbəb olduğu daşqınlar nəticəsində 1739 nəfər həlak olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək