Modern.az

Daha bir idmançımız Parisə lisenziya qazandı

Daha bir idmançımız Parisə lisenziya qazandı

İdman

10 İyul 2023, 21:40

Daha bir idmançımız Paris 2024 Yay Paralimpiya Oyunlarına ilk lisenziya qazanıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandasının üzvü Lamiyə Vəliyeva Fransanın paytaxtı Paris şəhərində keçirilən dünya çempionatında 100 m qaçışda 11.99 nəticə göstərərək dünya çempionatının qızıl medalını qazanıb.

 

Dünya çempionatında ilk 4 yerə sahib çıxan atletlər XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanırlar.

 

Artıq 2 idmançımız Paris 2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi