Modern.az

Avroliqada 3 Azərbaycan klubu cavab görüşü keçirəcək

Avroliqada 3 Azərbaycan klubu cavab görüşü keçirəcək

25 İyul 2013, 10:44



Modern az
xəbər verir ki, bu gün ölkəmizi Avroliqda təmsil edən Ağdamın “Qarabağ”, Lənkəranın “Xəzər” və paytaxtın “İnter” komandaları cavab görüşlərinə çıxacaqlar.

Paytaxtın “İnter” klubu “Baksell Arena”da Norveçin “Tromse” komandasını qəbul edəcək. Görüş saat 21:00-da başlayacaq. Cənub təmsilçisi “Xəzər” isə Lənkəran şəhər stadionunda İsrailin ən məşhur komandalarından olan “Makkabi Hayfa“nı qəbul edəcək. Ağ-yaşıllar saat 21:00-da meydana çıxacaqlar. Ağdamın “Qarabağ” klubu isə Bakı vaxtı ilə saat 20:30-da səfərdə Polşanın “Piast” komandasının qonağı olacaq.  

Abbas Qəmli
   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım