NATO müttəfiqləri Rusiyanın hücumu baş verəcəyi təqdirdə təşkilatın cavab planları barədə razılığa gəliblər.
Modern.az xəbər verir ki, bu haqda "Reuters" agentliyi məlumat yayıb.
Bildirilir ki, plan SSRİ ilə Qərb arasında soyuq müharibə başa çatdıqdan sonra ilk dəfə razılaşdırılıb.
Qeyd olunub ki, Türkiyə Kipr məsələsinə görə əvvəlcə planın qəbul edilməsinə mane olub. Daha sonra plan qəbul edilib.