Cəlilabad rayonunda yol qəzası olub, xəsarət alanlar var.
Modern.az xəbər verir ki, hadisə rayonun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində iki nəfər rayon sakini - 1987-ci il təvəllüdlü Tünzalə Hökməliyeva və 2008-ci il təvəllüdlü Zəhra Hökməliyeva xəsarət alıb. Onlar dərhal rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.