Modern.az

"Koç Holdinq"in Azərbaycanda lisenziyası ləğv edildi

İqtisadiyyat

11 İyul 2023, 10:16

Azərbaycan Mərkəzi Bankı 8 fiziki şəxs və bir hüquqi şəxsin sığorta lisenziyasını ləğv edib.

 

Bu barədə Modern.az-a AMB-dən məlumat verilib.

 

Bildirilib ki, bununla bağlı qərar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciətlər əsasında verilib. Lisenziyası ləğv edilən şirkət Azərbaycanda avtomobil kirayəsi ilə məşğul olan “Otokoç Azərbaycan” MMC-dir.

 

Qeyd edək ki, 1997-ci ildən Azərbaycanda fəaliyyət göstərən şirkət Türkiyənin iri holdinqlərindən biri Koç Holdinqin törəmə şirkəti Otokoç Avis-ə məxsusdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi