Modern.az

Azərbaycan XİN-i ABŞ-dakı səfirliyimizə təlimat verdi - O qüsuru aradan qaldırın!

Azərbaycan XİN-i ABŞ-dakı səfirliyimizə təlimat verdi - O qüsuru aradan qaldırın!

Təhsil

25 İyul 2013, 11:30

“The New York Times qəzetinin rəsmi internet səhifəsinin hava proqnozu bölümündə Azərbaycanın Bakı şəhərinin Ermənistanın paytaxtı kimi göstərilməsi ilə bağlı biz də ABŞ-dakı səfirliyimizə təlimat vermişik”. Bu sözləri Modern.az-a açıqlamaısnda Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

“Səfirliyimizə təlimat vermişik ki, qüsurun aradan qaldırılması üçün müvafiq tədbirlər görsün. Orada Bakı iki dəfə qeyd edilib, həm Azərbaycanın paytaxı, həm Ermənistanın. Çox gümanki bu texnki səhvdir. Amma biz yenə də öz reaksiyamızı bildirəcəyik”.


Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım