
“62 il ərzində ilk dəfə olaraq “Kainat Gözəli” Rusiyada keçiriləcək. Bu çox mühüm hadisədir”.
Modern.az bildirir ki, bu sözləri “Krokus-Siti” şirkətinin vitse-prezidenti Emin Ağalarov müsabiqə ilə bağlı jurnalistlərin suallarına cavab verərkən deyib.
E.Ağalarovun sözlərinə görə, beynəlxalq müsabiqənin “Krokus Siti Holl”da təşkil edilməsi onlar üçün xüsusilə əlamətdadrdr.
“Müsabiqə Müslüm Maqomayevin adını daşıyan zalda keçiriləcək. Bu ad isə bizim fəxrimizdir”-deyə E.Ağalarov bildirb. Vitse-prezident “Kainat Gözəli” yarışmasında kimi dəstəkləyəcəyini də deyib:
“Müsabiqə Rusiyada keçirilir. Mən də Rusiya vətəndaşıyam və öz ölkəmə azarkeşlik edəcəyəm. Qələbə isə yəqin ki, ən gözəl qıza nəsib olacaq”-deyə o vurğulayıb.