Modern.az

Şagirdlərimiz beynəlxalq olimpiadada uğur qazandılar

Şagirdlərimiz beynəlxalq olimpiadada uğur qazandılar

Təhsil

11 İyul 2023, 13:08

Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərində 3-11 iyul tarixlərində keçirilən 34-cü Beynəlxalq Biologiya Olimpiadasında azərbaycanlı şagirdlər uğurla çıxış ediblər.

 

Modern.az xəbər verir ki, 76 ölkə üzrə 293 şagirdin iştirak etdiyi yarışda 4 məktəbli ilə təmsil olunan komandamız 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıb.

 

Olimpiadada Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Zəhrabəyim Abdullayeva və Nurlan Məmmədov bürünc, Quba şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Kənan Orucəliyev isə həvəsləndirici mükafata layiq görülüb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək