Modern.az

Azərbaycan hökuməti İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinə rəsmi cavab verib

Azərbaycan hökuməti İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinə rəsmi cavab verib

Təhsil

25 İyul 2013, 12:28


Azərbaycan hökuməti Avropa İnsan Hüquqları Məhkəməsinin REAL hərəkatının rəhbəri İlqar Məmmədovun həbsi ilə bağlı şikayətinə cavab verib. Bu barədə Modern.az saytına İlqar Məmmədovun vəkili Fuad Ağayev məlumat verib. Vəkil bildirib ki, Azərbaycan hökumətinin cavabı 11 gün ləngiyəndən sonra verilib.

“Axır ki, Azərbaycan hökumətindən cavab aldıq. Əslində cavab 11 gün gecikdi. İndi hökumətin mülahizələrini cavablandırırıq” deyə Fuad Ağayev bildirib.

Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsi İ.Məmmədovu İsmayıllı hadisələrində təqsirli bilərək barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. İ.Məmmədovun həbs müddəti bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 233-cü və 315.2-ci maddələri ilə ittiham olunur.
REAL hərəkatının rəhbəri İlqar Məmmədov Azərbaycan hökumətindən həbsi ilə bağlı şikayətə cavab verilməsini gözləyirdi.

Gültəkin ƏLƏSGƏR  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım