Özbəkistanın hazırkı dövlət başçısı Şavkat Mirziyoyev növbədənkənar prezident seçkilərində qalib gəlib.
Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyası rəsmi məlumat yayıb.
Bildirilib ki, o, 87.05% səslə yenidən prezident seçilib.
Qeyd edək ki, iyulun 9-da Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirilib.