Modern.az

Rusiyalı generallar Putinə qarşı çıxdılar

Rusiyalı generallar Putinə qarşı çıxdılar

Dünya

11 İyul 2023, 15:44

"Vaqner" muzdlu döyüşçülərinin rəhbəri Yevgeni Priqojinin təşkil etdiyi üsyan Rusiya ordusunun 14 generalı tərəfindən dəstəklənib.


Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.


Danilovun sözlərinə görə, Rusiya Federasiyasında Priqojinə rəğbət bəsləyən çox sayda komandirlər var.  O, həmçinin qeyd edib ki, Priqojini dəstəkləyən zabitlər Rusiya Prezidenti Vladimir Putinin arxasınca getmək istəmirlər.

 

“Mən Priqojini dəstəkləyən 14 rus generalını tanıyıram”, – Danilov əlavə edib.

 

Xatırladaq ki, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib.

 

Rəsmi məlumata görə, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Priqojinə qarşı açılmış cinayət işinə xitam veriləcəyini, onun Belarus ərazisinə məskunlaşacağını deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi