Modern.az

Vahid Mustafayev Ulvira Qarayevanın ANS-dən çıxarıldığını təsdiqlədi

Vahid Mustafayev Ulvira Qarayevanın ANS-dən çıxarıldığını təsdiqlədi

Təhsil

25 İyul 2013, 13:33

Qafqazinfo” xəbər verir ki, iki gün əvvəl ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev iclas keçirib. İclasda işçilərə əsəbiləşən V. Mustafayev Anspress-ə bir neçə ay əvvəl baş redaktor təyin olunan Ulvira Qarayevanı işdən çıxarıb. 

ANS prezidenti həmçinin televiziya əməkdaşlarını da sərt tənqid edib. Onun aparıcı və bir neçə gün əvvəl jurnalistlərə tikilən binadan mənzil verilən Qənirə Ataşovanın ünvanına sərt ifadələr işlətdiyi bildirilir.

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev “Qafqazinfo” ilə əlaqə saxlayıb. Şirkətin prezidenti deyib ki, Ulvira heç vaxt Anspress-də baş redaktor olmayıb. O, saytda menecer olub və layihəsi başa çatdığı üçün onunla əməkdaşlığa xitam verilib.

Qənirə Ataşova ilə bağlı məqama gəlincə isə V. Mustafayev bu informasiyanın doğru olmadığını qeyd edib.

  Modern.az    
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım