NATO Rusiyanın Belarusda nüvə silahı yerləşdirmək qərarını pisləyib.
Modern.az xəbər verir ki, bu barədə alyansın çərşənbə axşamı Vilnüsdə keçirilən sammitinin yekunlarına dair bəyannamədə deyilir.
Qeyd olunur ki, NATO ölkələri İranın nüvə silahı yaratmasına icazə verməyəcək və onu beynəlxalq öhdəliklərə əməl etməyə çağıracaq.