Modern.az

Almaniya Ukraynaya qanadlı raketlər verməkdən imtina edib

Almaniya Ukraynaya qanadlı raketlər verməkdən imtina edib

Dünya

11 İyul 2023, 23:05

Almaniya Ukraynaya “Taurus” qanadlı raketləri verməkdən imtina edib.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.

 

“Əgər bunu ayrı-ayrı tərəfdaşlar edirsə, bu, onların suveren qərarıdır. Biz mövqeyimizi dəyişmək niyyətində deyilik”, - Pistorius NATO-nun Vilnüs sammiti çərçivəsində deyib.

 

Bundan əvvəl Almaniya kansleri Olaf Şolts “Taurus” uzaqmənzilli qanadlı raketlərinin Ukraynaya mümkün tədarükü ilə bağlı sualı cavablandırarkən bildirib ki, Berlin Rusiya ərazisinə zərbə endirmək üçün istifadə oluna biləcək silahları ötürmək istəmir.

 

"Spiegel" və "Frankfurter Allgemeine Sonntagszeitung" qəzetləri Ukraynanın Almaniyadan 500 km mənzilli uzaqmənzilli "Taurus" raketləri tələb etdiyini yazıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək