Rusiya Prezidenti Vladimir Putin oktyabr ayında Çinə səfər edə bilər.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini, Rusiyanın Çindəki keçmiş səfiri Andrey Denisov məlumat verib.
Onun sözlərinə görə, Pekin üçüncü “Bir kəmər, bir yol” forumunda iştirak etmək üçün Rusiya prezidenti Vladimir Putinin 2023-cü ilin oktyabrında keçiriləcək səfərinə hazırlaşır.
"Si Tsinpin bildirib ki, Çin tərəfi Rusiya prezidentinin oktyabrda gözlənilən səfərinə hazırlaşır", - Denisov vurğulayıb.
Xatırladaq ki, Çin lideri mart ayında Putini Pekinə dəvət edib.