Modern.az

Terror təşkilatlarına qarşı mübarizə vacibdir - NATO

Terror təşkilatlarına qarşı mübarizə vacibdir - NATO

12 İyul 2023, 00:21

Terror təşkilatları NATO ölkələrinin əhalisini təhdid edir. Alyans terrorun bütün təzahürləri ilə mübarizə aparmağı öhdəsinə götürür.

 

Modern.az xəbər verir ki, bu barədə NATO-nun Vilnüs sammitinin birinci günündən sonra dərc olunmuş bəyanatda bildirilir.

 

Bəyanatda qeyd olunur ki, terror təşkilatları məqsədlərinə çatmaq qabiliyyətini və [hücumlarının] ölümcüllüyünü artırmaq üçün şəbəkələrini genişləndirib, imkanlarını gücləndirib və yeni texnologiyalara investisiya qoyublar. NATO ölkələri onların qarşısını almağa davam edəcək.

 

NATO ölkələri “bütün forma və təzahürlərində terrorizmlə mübarizənin kollektiv müdafiə üçün çox vacib olduğunu” vurğulayıblar.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək