Modern.az

Xankəndi ermənilərinə MÜRACİƏT: Birgə yaşamaq istəyirsinizsə...

Xankəndi ermənilərinə MÜRACİƏT: Birgə yaşamaq istəyirsinizsə...

12 İyul 2023, 10:56

Xankəndinin azərbaycanlı sakinləri hazırda şəhərdə yaşayan erməni əhaliyə müraciət ünvanlayıb.

 

Müraciəti Modern.az saytı vasitəsilə “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva səsləndirib.

 

O, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan Xankəndi şəhərində məskunlaşmış erməniləri separatçıların təxribatlarına uymamağa, Azərbaycan vətəndaşlığını qəbul etməyə çağırıb.

 

Müraciətdə bildirilib ki, erməni sakinlər firavan həyat istəyirlərsə, Azərbaycanın tələblərini yerinə yetirməli və revanşist meyillərdən uzaq olmalıdırlar.

 

Xatirə Vəliyevanın sözlərinə görə, separatçıların təzyiqlərinə baxmayaraq, bir çox erməni sakin Azərbaycan vətəndaşlığına keçməyə və azərbaycanlılara birgə yaşamağa hazırdır. 

 

 

“Biz mütləq doğma şəhərimizə qayıdacağıq. Buna heç kimin şübhəsi olmasın. Hətta deyərdim ki, Xankəndiyə qayıtmağımıza bir addım qalıb. Düşünürəm ki, ermənilərin əksəriyyəti bizimlə birgə yaşamağa hazırdır və bununla bağlı fikirlərini ifadə ediblər”,- Xankəndi sakini qeyd edib.


X.Vəliyeva vurğulayıb ki, erməni sakinlər manipulyasiyadan uzaq olmaqla sülh və rifah şəraitində yaşaya bilərlər. Onun sözlərinə görə, ermənilər seçim edərək, mövqelərini açıq şəkildə bəyan etməlidirlər. 

 

QHT sədri sosial şəbəkə vasitəsilə erməni sakinlərlə təmasda olduğunu əlavə edib.

 

“Mənim münasibətdə olduğum bir neçə erməni əsilli Azərbaycan vətəndaşı var. Onlarla sosial şəbəkə vasitəsilə danışanda soruşuram ki, sizinkilər nə fikirləşir?. Onlar isə bildirirlər ki, Qarabağda yaşayan ermənilər azərbaycanlılarla birgə yaşamağa hazırdırlar. Bununla bağlı qəti mövqedədirlər. Əlbəttə, ermənilər istəsə də, istəməsə də bizim vətəndaşlarımızdır. Biz ermənilərə Azərbaycanın digər vətəndaşları kimi bütün hüquqlarının qorunacağına zəmanət veririk. Ermənilər əgər birgə yaşamaq istəyirlərsə, mütləq Azərbaycan pasportu almalıdırlar, yoxsa torpaqlarımızı tərk etməli olacaqlar.

 

Mən bir daha Qarabağda məskunlaşmış erməni sakinlərə səslənirəm ki, manipulyasiyadan uzaq olsunlar, məntiqli qərar verərək, Azərbaycanın idarəçiliyini qəbul etsinlər. Əgər bizim şərtlərimizi qəbul etsələr, daim sülh içində yaşayacaqlar. Əks halda onlar səfalət və separatçıların girovluğundan xilas ola bilməyəcəklər”, - müraciətdə vurğulanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?