Modern.az

Nizami Cəfərov: “Jurnalist təşkilatları yaradıcı birliklər deyil”

Nizami Cəfərov: “Jurnalist təşkilatları yaradıcı birliklər deyil”

Təhsil

25 İyul 2013, 15:46



Mili Məclisin yaz sessiyasının plenar iclasında birinci oxunuşdan keçən “Yaradıcı şəxslər və yaradıcı ittifaqları haqqında” qanun layihəsinə payız sessiyasında yenidən müzakirəyə çıxarılacaq. Qeyd edək ki, qanun layihəsinə bəstəkarlar, rəssamlar, teatr və kino xadimləri, kinematoqrafçılar ittifaqları qeyd olunsa da, jurnalist birlikləri bu sıraya salınmayıb.

Parlamentin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov Modern.az-a açıqlamasında bu məsələyə aydınlıq gətirib. O bildirib ki, jurnalistlər təşkilatları yaradıcı təşkilat olsalar da, bədii yaradıcılıq təşkilatları deyil.

“Çünki o qanun layihəsində söhbət bədii yaradıcılıq təşkilatlarından gedir. Burada Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, Rəssamlar İttifaqı, Teatr Xadimləri İttifaqı, Kinematoqrafçılar İttifaqından gedir. Başqa yeni yaranan bədii yaradıcılıq təşkilatları da ola bilər. Amma bu qanun layihəsində Azərbaycanda 30-50-ci illərdən yaranaraq kifayət qədər tarixi olan qurumlardan söhbət gedir.

“Jurnalistlər Birliyi, Alimlər İttifaqı, Dilçilər Cəmiyyəti, Tarixçilər Cəmiyyəti, Kimyaçılar Cəmiyyətləri isə elmi yaradıcılıq təşkilatlarıdır. Bunlar haqqında hər hansı qanun layihəsini hazırlamaq isə Mədəniyyət Komitəsinin səlahiyyətlərinə aid məsələ deyil”, – deyə N. Cəfərov qeyd edib.  

Aytən ƏLİYEVA
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım