Modern.az

Oğuzda zəncirvari qəza - Xəsarət alan var

Oğuzda zəncirvari qəza - Xəsarət alan var

12 İyul 2023, 11:24

Oğuzda zəncirvarı yol qəzası olub, xəsarət alan var.

 

Modern.az-ın məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı – Şəki magistral yolunun Oğuz rayonu Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Üç minik avtomobilinin iştirakı ilə baş verən zəncirvarı yol qəzasında bir nəfər - Şəki rayon sakini Elvin Şaban oğlu Əliyev xəsarət alıb.

 

Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi