
ABŞ Nümayəndələr Palatasının Xarici assiqnasiyalar Komitəsi iyulun 24-dəki iclasında 2014-cü il üçün Dağlıq Qarabağa maliyyə yardımı ayrılmasını dəstəkləyib.
Modern.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Amerikanın Erməni Assambleyası məlumat yayıb. Qanun layihəsində Ermənistana ediləcək maliyyə yardımının konkret məbləği açıqlanmayıb. Amerikanın Erməni Assambleyasının icraçı direktoru Aram Ambaryan qərarın qəbulunu alqışlasa da, yardımın məbləğinin göstərilməməyindən öz narahatçılığını bildirib.
Vüqar İsmayılov