Modern.az

Kondaliza Rays İvanişvilinin müşaviri olacaq

Kondaliza Rays İvanişvilinin müşaviri olacaq

Təhsil

25 İyul 2013, 16:52


Amerikanın keçmiş Dövlət katibi Kondaliza Rays “Gürcü arzusu” iqtidarına “Amerikanın siyasətindən daha yaxşı baş çıxarmaq üçün” öz köməyini təklif edib. Modern.az bildirir ki, Raysın Gürcüstan nümayəndələri ilə görüşü politologiya professoru kimi çalışdığı Kaliforniyadakı Stenford universitetində baş tutub.

“Bu çox yaxşı, isti görüşlər idi”-deyə “İzvestiya” qəzerinə Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Tedo Caparidze açıqlama verib. Caparidze əlavə edib ki, “bilik və təcrübəsini istifadə etmək təşəbbüsü Raysın özündən gəlib”.

  Caparidzedən əlavə Gürcüstan tərəfini Gürcüstanın Amerikadakı səfiri Arçil Qeqeşidze və parlament deputatı Tinatin Xidaşeli təmsil edib. “Rays dəstək göstərəcəyinə söz verib və artıq regional təhlükəsizlik, Rusiya ilə münasibətlərlə bağlı bir neçə məsləhət verib”-deyə Caparidze açıqlamasını yekunlaşdırıb. 

Vüqar İsmayılov  
Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım