Modern.az

Pakistanda hərbi mərkəzə hücum - Ölənlər var

Pakistanda hərbi mərkəzə hücum - Ölənlər var

12 İyul 2023, 16:28

Pakistanın Bəlucistan əyalətində hərbi mərkəzə hücum edilib.

 

Modern.az xəbər verir ki, bu gün səhər saatlarında baş vermiş hadisə nəticəsində dörd əsgər həlak olub, daha beş nəfər yaralanıb.

 

Hücuma görə məsuliyyəti yeni yaradılmış “Təhrik-i-Cihad Pakistan” qruplaşması üzərinə götürüb.

 

Məlumata görə, silahlılar mərkəzin ərazisinə daxil olmağa çalışsalar da, mühafizəçilər onları içəri buraxmayıb. Bundan sonra şiddətli atışma başlayıb. Silahlı şəxslərdən üçü mühasirəyə alınaraq öldürülüb, hərbçilər daha iki nəfəri axtarır.

 

Atışma zamanı təsadüfən yol keçən bir nəfər də ölüb, bir neçə mülki şəxs isə yaralanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək