Bu gün "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə klubdaxili iclası keçirilib.
Klubun saytında verilən xəbərə görə, iclasda baş məşqçi Böyükağa Hacıyev istefa ərizəsini klub prezidentinə təqdim edib. Onun istefa ərizəsi qəbul olunub və qarşılıqlı razılıq əsasında Böyükağa Hacıyevlə müqaviləyə xitam verilib. Klub prezidenti köməkçi məşqçilərin işini davam etdirməsini məqsədəuyğun hesab edib.
"Neftçi" sabahdan etibarən məşqlərini bərpa edəcək. Komandanın hazırlığı məşqçilər korpusuna həvalə edilib.
Xatırladaq ki, istefaya səbəb "Neftçi"nin Çempionlar Liqasının II təsnifat mərhələsində o qədər də güclü olmayan Albaniya təmsilçisinə uduzub mübarizədən kənarda qalmasıdır.
Modern.az