Modern.az

2 yaşlı İmran Cəfərzadəyə bədbəxtlik gətirən istirahət mərkəzi 2 gün sonra yenidən açılacaq - REPORTAJ

2 yaşlı İmran Cəfərzadəyə bədbəxtlik gətirən istirahət mərkəzi 2 gün sonra yenidən açılacaq - REPORTAJ

Təhsil

25 İyul 2013, 19:00



Xaçmaz rayonu ərazisində yerləşən “CTF” firmasına məxsus “Nabran” istirahət mərkəzinin fəaliyyətinin dayandırıldığı barədə xəbər vermişdik.
İyulun 21-də istirahət mərkəzində baş vermiş məlum hadisədən – 2 yaşlı körpə İmran Cəfərzadənin ayağını itirməsi olayından sonra Mədəniyyət və Turizm Nazirliyi tərəfindən obyektin fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) ləğv edilməsi barədə əmr imzalanıb.

Modern.az saytının əməkdaşı iyulun 25-də “Nabran Holiday Village” istirahət mərkəzinə ezam olunub. Əməkdaşımız tükürpədici olayla bağlı təfərrüatları yerində öyrənib.

Xazmaza gedən Modern.az əməkdaşına məlum olub ki, “Nabran Holiday Village”nin taleyi heç də hamının düşündüyü kimi qaranlıq deyil.
İstirahət mərkəzinin sonrakı taleyi ilə bağlı sullarımızı Nabran” istirahət mərkəzinin icarədarı Firdovsi İsmayılov özü cavablandırıb.

Məlum olub ki, “Nabran Holiday Village” istirahət mərkəzi iki gün sonra yenidən istifadəyə veriləcək.

İstirahət mərkəzində hələ də istirahət edənlər var. Obyektin icarədarə deyib ki, 2 yaşlı İmran Cəfərzadənin ayağını itirməsinə səbəb onun böyüklər üçün nəzərdə tutulan hovuzda çimməsi olub. Firdovsi İsmayılov iddia edib ki, İmran Cəfərzadənin ayağını itirməsi atasının səhlənkarlığı ucbatından baş verib.

Modern.az məlum hadisə ilə bağlı geniş təfərrüatların əks olunduğu reportajı tezliklə saytımızın oxucularına təqdim edəcək...



Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım