Modern.az

MİQ-də apellyasiya müraciətlərinə start verildi

MİQ-də apellyasiya müraciətlərinə start verildi

Təhsil

12 İyul 2023, 17:48

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin riyaziyyat, kimya, fiziki tərbiyə, tarix və coğrafiya fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə başlanılıb.

 

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, imtahanlarda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin məzmunu ətraflı şəkildə qeyd olunmalıdır.

 

Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək