BMT-nin Baş katibi Antonio Quterreş Rusiya Prezidenti Vladimir Putinə məktub ünvanlayıb.
Modern.az xəbər verir ki, bu barədə Baş katibin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, o, məktubda taxıl sazişinin uzadılmasını təklif edib.
Quterreş qeyd edib ki, taxıl sazişi ilə bağlı təkliflər üzrə Rusiya ilə əməkdaşlığa hazırdır.