İyulun 25-də Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Modern.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən 3 klubdan yalnız “Qarabağ” azarkeşlərinə sevinc yaşadıb.
”Qarabağ” səfərdə Polşanın “Piast” klubunun qonağı olub. Bakıda keçirilən ilk oyunda 2:1 hesabı ilə qalib gələn Ağdam klubunun növbəti mərhələyə keçmək şansı rəqibinə nisbətən üstün idi. Oyuna qolla başlayan "Qarabağ" sonradan üstünlüyünü əldən verib. Lakin matçın 108-ci dəqiqəsində daha bir qol vuran təmsilçimiz növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində “Anortosis” (Kipr) – “Qefle” (İsveç) cütünün qalibi ilə qarşılaşacaq.
”Piast” (Polşa) – “Qarabağ” (Azərbaycan) - 2:2
Qollar: Leroy Corc, 8 (0:1), Matras, 29 (1:1), Robak, 36 (2:1), Uilrix Kapolonqo, 108 (2:2)
İlk oyun (1:2)
"Piast": 29. Yakub Şumski, 3. Çaba Horvat, 4. Mateus Matras, 4. Adrian Klepzunski, 23. Kristof Krol, 25. Damian Zbozien, 17. Tomaş Podqorski (k), 18. Mateş İzvolt, 20. Lukaş Hanzel, 11. Marçin Robak, 22. Ruben Xurado.
"Qarabağ": 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedyev, 14. Rəşad Sadıqov (k), 24. Admir Teli, 25. Ansi Aqolli, 9. Reynaldo Silva, 16. Corc Leroy, 20. Riçard Almeyda, 11. Nikolos Gelaşvili, 17. Vüqar Nadiqov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 55. Bədavi Hüseynov, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, 6. Hacı Əhmədov, 88. Uilrix Kapolonqo.
Qeyd edək ki, "Piast” – “Qarabağ” oyununda təxribat baş verib. Belə ki, tribunada bəzi tamaşaçılar tərəfindən Daglıq Qarabağın separatçı rejiminin “bayrağı” dalğalandırılıb. Ağdam klubunun meneceri Asif Əsgərovun müdaxiləsindən sonra qondarma respublikanın bayrağı tribunadan yığışdırılıb.
Modern.az