Modern.az

Füzulidə ağır qəza - 48 yaşlı kişinin beli sındı

Füzulidə ağır qəza - 48 yaşlı kişinin beli sındı

13 İyul 2023, 08:28

Füzuli rayonunda yol-nəqliyyat hadisəsi zamanı 48 yaşlı kişi ağır xəsarətlər alıb.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1975-ci il təvəllüdlü Misirov Eldəniz Maksim oğlu xəsarət alıb.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı və kəllə-beyin travması diaqnozu qoyulub.

 

Faktla bağlı araşdırma aparılır .

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi