Modern.az

Gürcüstanda milli-dini bayram qeyd olunur - Svetitsxovloba

Gürcüstanda milli-dini bayram qeyd olunur - Svetitsxovloba

Dünya

13 İyul 2023, 12:16

Bu gün Gürcüstanda Svetitsxovloba bayramı qeyd olunur.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.

 

Svetitsxovloba Gürcüstanda əsas dini bayramlardan biri hesab olunur. Səhər saatlarında ölkənin bütün pravoslav kilsələrində bayram mərasimi keçirilir.

 

Ənənəyə görə, dindarların əksəriyyəti bu gün Gürcüstanın qədim paytaxtı Mtsxetada on iki həvarinin şərəfinə tikilmiş Svetitsxoveli məbədində toplanır.

 

Svetitsxovloba ölkədə ildə iki dəfə - iyulun 13-də və oktyabrın 14-də qeyd olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu