Modern.az

İtaliyanın anomal istilə - 10 şəhərdə “qırmızı” xəbərdarlıq elan olunub

İtaliyanın anomal istilə - 10 şəhərdə “qırmızı” xəbərdarlıq elan olunub

13 İyul 2023, 13:28

İtaliya ərazisində müşahidə olunan anomal istilərlə əlaqədar paytaxt Roma daxil olmaqla, 10 şəhər üçün “qırmızı” xəbərdarlıq elan edilib.

 

Modern.az AzerTac-a istinadən xəbər verir ki, ölkənin müxtəlif şəhərlərində insanlar arasında günvurma və istivurma halları qeydə alınıb, onlardan bəziləri xəstəxanaya yerləşdirilib. Romada istidən huşunu itirən turistlərə polisin və təcili yardımın müdaxilə etdiyi bildirilib.

 

Mütəxəssislərin fikrincə, Avropa və Şimali Afrikada müşahidə olunan isti hava dalğası bəzi yerlərdə temperaturun rekord həddə çatmasına səbəb bilər. Havanın temperaturunun 40 dərəcəni ötəcəyi, bəzi yerlərdə isə 48,8 dərəcəyə çatacağı gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək