Modern.az

114 yaşlı nənə rəhmətə gedib

114 yaşlı nənə rəhmətə gedib

Təhsil

26 İyul 2013, 11:01

114 yaşlı Saat Əhmədova rəhmətə gedib. Modern.az “Qafqazinfo” ya əsasən xəbər verir ki, S. Əhmədova 1900-cü ildə Quba rayonun Digah kəndində doğulub. Saat nənə 1918-ci ildə ermənilərin Qubada və Qusarda törətdikləri soyqırımın canlı şahidi olub.  S. Əhmədova həyat yoldaşını II Dünya Müharibəsində itirib. O, uzun illər sağıcı işləyib və digər təsərrüfat işləri ilə məşğul olub. Qeyd edək ki, onun 4 övladı, 24 nəvəsi, 50 nəticəsi və 11 kötücəsi var.


Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım