Modern.az

Çin ordusu Hindistana təcavüz etdi

Çin ordusu Hindistana təcavüz etdi

Təhsil

26 İyul 2013, 11:24


Bir qrup Çin hərbçisi Hindistana müdaxilə edərək Uttarakxand ştatının ərazisinə daxil olublar. Modern.az xarici KİV-lərə istinadən məlumat verir ki, 21 nəfərdən ibarət çinli hərbi qrup əvvəllər Çin ərazisi sayılan və hazırda Hindistana məxsus olan əraziyə daxil olaraq bir neçə saat oranı nəzarətdə saxlayıblar. Hindistan hökumətinin fikrincə, aksiya demonstrativ xarakter daşıyıb. Hökumət rəsmiləri qeyd ediblər ki, Uttarakxanda müdaxilə Hindistan hakimiyyətində dərin narahatçılıq hissi oyadıb. Buna qədər çinli hərbçilər Hindistanın Aranaçal-Pradeş və Cammu və Kəşmir ştatlarının ərazisinə də daxil olmuşdular. Aprelin sonlarında analojui insident zamanı çinli hərbi qulluqçular Himalayın Hindistan aid hissəsinə daxil olaraq düşərgə qurmuşdular. O zaman iki ölkə arasında diplomatik danışıqlar aparılaraq münaqişə dinc yolla həll olunmuşdu.

Xatırladaq ki, 1962-ci ildə sərhəd mübahisəsinə görə Hindistanla Çin arasında kiçik müharibə baş verib. 4 ay davam edən toqquşmalarda 722 çinli, 1383 hindistanlı əsgər həlak olub.   Vüqar İsmayılov   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım