Modern.az

Dəmir yollarında yükdaşımalar 52 faiz artıb

Dəmir yollarında yükdaşımalar 52 faiz artıb

İqtisadiyyat

13 İyul 2023, 16:26

Dəmir yolu nəqliyyatı ilə Azərbaycanda 2023-cü ilin yanvar-iyun aylarında 9,2 mln. ton yük və 3 239,1 min sərnişin daşınıb.

 

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 6,8%, sərnişin daşınmasında isə 52,2% artım müşahidə olunub.

 

“Hesabat dövründə orta hesabla sutkada 421 vaqon yüklənilib, 415 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 21,3 min ton, Qərb istiqaməti üzrə 2,8 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib”, - məlumatda qeyd olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi