Modern.az

“Ərdoğan ingilis dilini yarıda atdı, amma onu yarıda qoymadı” – MÜSAHİBƏ

“Ərdoğan ingilis dilini yarıda atdı, amma onu yarıda qoymadı” – MÜSAHİBƏ

Təhsil

26 İyul 2013, 11:26

Modern.az ötən həftədən etibarən oxuculara fərdi inkişaf proqramı ilə bağlı bir neçə yazı təqdim edir. Bu məqalə və müsahibələrdə bir sıra məqamlara aydınlıq gətirməyə çalışırıq. NLP üzrə ixtisaslaşmanı qarşısına məqsəd qoyan bir oxucumuz Türkiyə mətbuatından maraqlı bir müsahibəni tərcümə edərək bizə göndərib.

Müsahibədə dəyəri milyon dollar olan “LIVCON” adlı fərdi inkişaf şirkətinin sahibi 32 yaşlı Metin Çinaroğlu öz həyat hekayəsindən danışır. Onu da deyək ki, Metin Çinaroğlu 15 il əvvəl Londonda günü 4 funta çalışan bir “McDonalds” işçisi olub. Oxuduğu bir kitabla başlayan fərdi inkişafının nəticəsində bu gün yüzlərcə seminar verir, milyonlarca insana xitab edir və eyniylə özününkü kimi onlarında həyatını dəyişdirir.  Müxbirin suallarını cavablandıraraq NLP-nin faydalarından danışarkən NLP treneri, “həyat koçu” Çınaroğlu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və məşhur komediya ulduzu Cem Yılmazın da bu metoddan istifadə etdiyini deyib. 

Modern.az müsahibəni təqdim edir.

– Sizin fərdi inkişafınız necə başladı?
Orta məktəbdən sonra təhsilimi tamamlamaq üçün Londona yollandım. Orada “McDonals”da günü 4 funta işləməyə başladım. Siqaret çəkirdim, xoşbəxt deyildim, çəkim artıq 90 kiloya çatmışdı... Bir gün bir kitab mağazasında “Chance Your Mind And Keep The Change” (“Zehnini Dəyişdir və Dəyişikliyi Davam Etdir”) adlı bir kitab gördüm. Bunun mənə bir mesaj olduğunu düşündüm. Həmin anda kitabı aldım oxudum və sonra dönüb öz həyatıma baxdım…
Kitab sizə nələr dedi?
Düşüncələrini dəyişərsənsə, davranışların dəyişər, davranışlarını dəyişərsənsə həyatın dəyişər. Kitabı  oxuduqdan sonra siqareti atdım artıq çəkidən azad oldum və hətta dünyanın ən məşhur fərdi inkişaf ustadlarından biri olan Stefan R. Koveyin liderlik mövzusunu əhatə edən seminarında iştirak etdim. Orada assisentlik etməyə fürsət yarandı. Sonra NLP proqramları üzrə təlim aldım. “Xəyallar kifayət deyil” şəklində bir mesaj da var idi bu kitabda. “Xəyal qura bilərsən, amma xəyalpərəst olub uğursuzluğa düçar olmamalısan. Əsas olan xəyal qurmaq deyil, hədəf  seçib o yoldan getmək əsasdır”.

– Özünüzə hədəf  seçdiyiniz və reallaşdırdığınız ilk xəyalınızı xatırlayırsınızmı?
– Əlbəttə. “McDonalds”da işləyərkən qarşıdakı mağazanın önündə bir “Maserati” markalı avtomobil dayandı. Hardasa mənim yaşlarımda olan bir oğlan və yanında qız dostu yandakı mağazaya girdilər. Məndə onda döşəməni silirdim və bir özümə bir də onlara baxıb “Bu necə dövrandır!” – dedim. Bu hekayədən tam üç il sonra bu dəfə özüm “Maserati”mlə eyni “McDonalds”ın qarşısından keçdim! Bu mənim ilk xəyalımı artıq reallaşdırdığım an idi.
Həyatınız sanki bir filmdir! Bu qədər qısa müddətdə axı necə oldu ki, bu qədər çox pul qazana bildiniz?
Stephen R. Koveyde assistentlik edərkən treninqlərin birində  bir fərdi inkişaf ustasının xəstələnməsi nəticəsində meydana o gün mənim çıxmağım təklif olundu. O gün ilk dəfə meydana çıxdım və bir daha heç vaxt o meydandan enmədim. O meydanda 2000-dən çox çıxışım olub. Liderlik proqramlarını bitirdikdən sonra öz şirkətimi qurmaq qərarına gəldim və qurdum. 19 yaşım var idi onda! Bu gün milyon dollarlar qazanan  bir şirkətin rəhbəriyəm. London, İstanbul, Ankara, İzmir, Adana, Antalya, Sakarya və Denizlidəki ilə birlikdə bu yaxınlarda 9-cu ofisimi də açacağam.
Liderlik proqramlarından nə öyrəndiniz? Və bu proqram vasitəsilə siz başqalarına nə öyrədirsiniz?
Mən NLP-nin proqramlarını öyrənməyin insanın məqsədinə çatmasında nə qədər faydalı olduğunu bilavasitə öz həyatımda müşahidə etdim. Həyatda heç bir şeyin sirri yoxdur, amma hər şeyin bir formulu var. Sınaq sənin nə yaşadığın deyil; yaşadıqlarınla necə reaksiya verdiyindir. Mən öz həyatımda ilk olaraq  bəhanələrimdən xilas oldum. “Həyat gözəl”, “Hər kəs məni sevir” kimi pozitiv cümlələrə də ehtiyacım yoxdur. Çünki onlar sənə heç bir şey verməyəcək. Qeyd etdiyim kimi, əvvəllər mənim çəkim çox idi və o vaxtlar mən də özümə bu pozitivləşdirici cümləni işlədirdim. “Yaxşı oldu belə daha böyük görünürəm”, amma bunun mənə  heç bir faydası yox idi. Bu sadəcə bəhanəydi, çünki çəki atmağa gücüm yox idi. Bir də onu qeyd etməliyəm ki,  “Bir gün edərəm”  fikrindən xilas olmaq lazımdır... Yəni biz hər şeyi “bir gün” edərəm deyə planlaşdırırıq amma nədənsə o “bir gün” heç vaxt gəlmir. O “bir gün”çülərin həmişə  bir bəhanəsi olur. Nədənsə insanlar xoşbəxt olduğunda deyil də, kədərli olduqları zaman fəaliyyətə keçir. Əgər hədəfə doğru irəliləmək istəyirsənsə  hərəkətə keçəcəksən və bu zaman o kədəri üzdə tutmalısan imkan verməməlisən ki, səni ələ keçirsin. Qısası özünüzlə yəni  real həyatla  üzləşməlisiniz.
NLP  texnikaları vasitəsiləmi bunu edirsiz?
– Bəli. Məsələn, 4-3-2-1 rəqəmlərini düşünün. Bunu düşünmək istədiyiniz üçün fikirləşdiniz. Siz bunu düşünmədən əvvəl  bəs bu rəqəmlər haradaydı? Yox idi, əlbəttə ki var idi və şüuraltımızda saxlanılırdı. Elə davranışlarımızı yönləndirən də şüuraltımızın özüdür. NLP şüuraltımızdakı bəzi dəyişikliklərlə davranışlarımızı yenidən təşkil olunmasını həyata keçirir. Hər davranışın bir mexanizmi vardır. Bir haldakı mexanizm var deməli  öyrənilə bilər. Deməli öyrənilə bilərsə sözsüz ki, dəyişdirilə və modellənə də bilər. Yəni biz insanlara  hislərimizin idarə edilə bilməsi mexanizmin açıb göstəririk. Ətraf  aləmdə gördüklərimizin daxili dünyamıza təsiri ilə beynimiz fəaliyyətə gəlir və öz reaksiyasını nümayiş etdirir. Məhz buna görə də  biz  məlum olan texnikalarla daxili dünyamızda baş verənlərə münasibətimizin özəyini dəyişdiririk. Məsələn, insan keçmiş sevgilisini xəyal etdiyi zaman kədərli olur amma başqa biri ilə, bir xoşbəxt anını düşündüyü vaxt  özünü xoşbəxt hiss edir. Yəni insanın  o andakı vəziyyəti hislərimiz daxili dünyamıza təsirindən asılıdır. Biz NLP ilə daxili dünyada yaşadıqlarımıza yön verərək duyğularımızı dəyişdirə bilsək, onda duyğularımız davranışlarımızı, davranışlarımız da yaşamımızı dəyişdirə bilər. Əlavə olaraq deməliyəm ki, NLP düzgün münasibət qurmaq mövzusunda da çox geniş istifadə olunur və çox böyük təsirə malikdir. İndiki baş nazir də hətta  həbsə düşdüyü dövrdə NLP təhsili alıb.
Bu təlimi baş nazirə siz verdiniz?
– Xeyr, bizim yetişdirdiyimiz bir fərdi inkişaf ustasından alıb. O eyni zamanda həm ingilis dili, həm də NLP dərslərinə başladı. İngilis dilini yarıda atdı, amma NLP-ni sona qədər davam etdirdi. Hələ də “yaşam koçluğu” xidmətini aldığını bilirəm.
NLP Baş nazirə necə bir fayda verir?
Bilirsiniz ki, baş nazir səkkiz ildir ki, iqtidar partiyasında fəaliyyət göstərir. Ünsiyyət qurmaq bacarığını nə qədər dəyişdirdiyini və bununla əlaqəli statusunun nə qədər artdığını aydın şəkildə görə bilərsiniz. Böhran dövrlərini məharətlə idarə etməsinin səbəbi  xalqa  müraciətində istifadə etdiyi sözlərin həmişə NLP texnikalarına əsaslanmış olmasıdır. Qeyd etməliyəm ki, bu mövzuda o çox da bacarıqlıdır. O hələ ki, çox böyük məharətlə gerçəkləşdirilməmiş hər hansı bir şeyin artıq reallaşdırılmış kimi ya da özünün də içində olduğu bir sıra sıxıntılı vəziyyətlərdə sanki özü heç yoxmuş kimi və bütün bu böhranın səbəbi dünya dövlətləriymiş kimi əks etdirməyi bacarır. Baş nazir buna insanların şüuraltına mesajlar yollamaqla nail olur. Belə ki, dövlət adamlarının çoxu NLP dərsi alır.
Sənətçilər?

– Cem Yılmaz da səhnə şoularında NLP texnikalarından  istifadə edir. Çıxışında çoxlu sayda hekayələr danışır və biz diqqət yetirsək  birini bitirməmiş digərinə keçir. Bu da öz növbəsində bizim deyimimizlə desək  həddən artıq  yüklənməyə səbəb olur. Düşüncələrə həddən artıq  yüklənmə verən bu hal gülüşə səbəb olur. Düşüncəmizdə biz eyni anda, yeddi topla-çıx iki riyazi əməli edə bilərik, lakin həddən artıq yüklənincə isə beyin avtomatik olaraq əhatə dairəsi kənarında qalır və biz bunu edə bilmirik. Cem Yılmaz tamaşa davam etdiyi  müddətində  dayanıb, “Harada qalmışdıq” deyə soruşur ancaq cavab gəlmir. Heç kimin xatırlamaması və buna cavab verməmə səbəbi isə həddən artıq yüklənmədi. Bu zaman beynimiz  arxa plana keçir və mənaları dəyişdirir. Düşünmə mexanizmin dağıtmadan güldürə bilməzsiz. Yalnız məntiqi əhatə dairəsi kənarına çıxararaq  qəhqəhə tufanı yarada bilərsiz yalnız.

“Həyatda heç bir şeyin sirri yoxdur, amma formulu var” dediniz. Nədir o formul?
Uğurun formulu! Həyatınla  nə etmək istədiyinə qərar ver, bu hədəfə daha əvvəl çatmış insanları axtar tap və onların ödədikləri bədəlləri ödəməyə hazır ol…  

 

Hazırladı: Aysel Xudiyeva  

 
Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım